İdman tək mübarizə növləri

İdmançılarımız Serbiyada keçirilən Millətlər Kubokunda!

Serbiyanın Sombor şəhərində qız və qadın boksçular arasında keçirilən Millətlər kubokunda idmançılarımızdan Banuçiçək Nəsirli (46 kq) yeniyetmələr, Aynur Mikayılova (54 kq) və Emili Rzayeva (63 kq) gənclər arasında qalib adına yiyələniblər. Böyüklərin yarışında Aynur Rzayeva (81 kq) gümüş, Marjona Savriyeva (50 kq), Məhsəti Ağamaliyeva-Həmzəyeva (57 kq) və Şəhla Allahverdiyeva (66 kq) bürünc medala sahib olublar.

Yığmamız bu göstərici ilə komanda hesabında 3-cü yeri tutub. Emili Rzayeva isə öz yaş qrupunda ən yaxşı boksçu nominasiyasının qalibi olub.