Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatı davam edir. Yarışın ikinci günündə sərbəst güləşçilərimizdən Orxan Abbasov (79 kq) qızıl, Ceyhun Allahverdiyev (61 kq) gümüş, Fərid Cabbarov (86 kq) isə bürünc medal qazanıblar. Qadınların mübarizəsində isə Ruzanna Məmmədova (59 kq) qızıl, Gültəkin Şirinova (53 kq) isə bürünc medala sahib olublar.
Qeyd edək ki, turnirin ilk günü idmançılarımızdan Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq), Turan Bayramov (74 kq) və İbrahim Yusubov (92 kq) qızıl, Elnurə Məmmədova (52 kq) gümüş, Nərgiz Səmədova (50 kq) isə bürünc medala layiq görülüblər.
Sərbəst güləşçilərimiz 5 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq komanda hesabında birinci olublar. İran yığması ikinci, Türkiyə isə üçüncü pillədə qərarlaşıblar.