Minifutbol üzrə Azərbaycan millisi BƏƏ-nin Ras Əl-Xayma şəhərində keçirilən dünya çempionatının yarımfinalında Qazaxıstan yığması ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən oyun rəqibin qələbəsi ilə başa çatıb - 3:2. Komandamız dünya çempionatının bürünc medalı uğrunda Macarıstan yığması ilə qarşılaşacaq.











