İdman oyun növləri

Acun Ilıcalı Bakıda!

İngiltərənin “Hall Siti”, İrlandiyanın “Şelbrun” klublarının sahibi, türk iş adamı Acun Ilıcalı Bakıda olarkən “Zirə” Peşəkar Futbol Klubunun Müşahidə Şurasının sədri və Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov ilə görüşmüşdür. Acun bəy eyni zamanda Huner Group şirkətində də olmuşdur. Qonağa şirkət və həyata keçirilən layihələr barədə məlumat verildi, həmçinin gələcək prespektivdə əməkdaşlıqla bağlı geniş müzakirələr aparıldı. Sonda isə Acun Ilıcalıya “Zirə” PFK-nın 10 nömrəli forması və Turan Tovuz PFK-nın forması hədiyyə olunmuşdur.